Workshop in collaboration with Salaam cinema Baku

In- VISIBLE festivalı çərçivəsində: Fərdi nəqletmənin imkanları – Nikolay Karabinoviçlə praktiki təlimGünümüzün qeyri-adi şərtlərinin diqtəsi altında həyatlarımızın sanki bir-birindən qoparaq dünyanın dörd bir tərəfinə səpələnməsinə baxmayaraq, biz yenə də birgə olmağın yollarını tapa bilərik.Kiyevli multimedia sənətçisi Nikolay Karabinoviç gənc sənətçiləri birgə vaxt keçirməyə və özlərini kəşf etməyə dəvət edir. Təlim, iştirakçıların sənət işlərinə şəxsi yanaşmaları/hekayələrini bir-biri ilə bölüşməsi əsasında keçiriləcək. Biz təhkiyə və rabitənin imkanlarını, yollarını kəşf edəcəyik. Mümkün hansı baxış bucaqları mövcuddur? Ətrafımızdakı vasitələrdən istifadə edərək sadə yollarla ən özəl hekayələrimizi necə qura bilərik? Təlim konseptual şəkildə hekayə söyləmənin fərqli forma və üslublarını araşdıran gənc sənətçilər üçün nəzərdə tutulub.Zəhmət olmasa nəzərə alın ki, iştirak üçün yerlər məhduddur.